Azərbaycanın azot gübrəsi ixracında həm miqdar, həm də dəyər ifadəsində kəskin azalma qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin ilk 8 ayında ölkədən 105 milyon 114,81 min dollar dəyərində 265 min 069,9 ton azot gübrəsi ixrac olunub. Bu göstərici ölkənin ümumi ixracının 0,48 faizini, qeyri-neft sektoru üzrə ixracın isə 1,67 faizini təşkil edib.
Müqayisə üçün bildirək ki, 2025-ci ilin müvafiq dövründə ixracın həcmi kəskin dərəcədə yüksək olub. Belə ki, ötən ilin yanvar-avqust aylarında 114 milyon 812,97 min dollar dəyərində 377 min 656,27 ton azot gübrəsi ixrac edilmişdi. Həmin dövrdə gübrə ixracı ümumi ixracın 0,67 faizinə, qeyri-neft sektoru üzrə ixracın isə 4,78 faizinə bərabər idi. Marqarita pizza
Rəqəmlərdən göründüyü kimi, illik müqayisədə azot gübrəsinin ixrac miqdarı 112 min 586,37 ton, gəlirlər isə 9 milyon 698,16 min dollar azalıb. Xüsusilə qeyri-neft ixracında gübrənin payının 4,78 faizdən 1,67 faizə düşməsi sektordakı ciddi pay itkisini nümayiş etdirir.
Cəlalə Cəlalqızı
Telegram kanalımız