Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Azərbaycan Prodüserlər Gildiyası və “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı ilə “Qəzəlxan” bədii filminin 35 illik yubileyi münasibətilə mərasim və filmin nümayişi keçirildi.
"Yeni Sabah" xəbər verir ki, tədbirdə filmin ssenari müəllifi və rejissoru mərhum Şahmar Ələkbərovun ailə üzvləri, baş rolun ifaçısı Loğman Kərimov, təsvir rejissoru Rafiq Əliyev, ikinci rejissor Elman Şeydayev, redaktor Orxan Fikrətoğlu və prodüser Azər Quliyev 35 il öncəyə boylanaraq filmin istehsalat prosesi, həmin dövrdə gedən proseslərdən danışdılar. pizza
Telegram kanalımız