Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri işdən azad edilib.
“Yeni Sabah” xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının iclası keçirilib. Keçirilən məclisdə şuranın sədrinin işdən azad olunması məsələsinə baxılıb. Şuranın qərarına əsasən, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev işdən azad edilib.
Şuraya yeni sədr təyin olunanadək sədr vəzifələri müavin Xatirə İbrahimliyə həvalə edilib. pizza sifarişi
Telegram kanalımız