"Mançester Siti"nin sabiq baş məşqçisi Pep Qvardiola kariyerasına müvəqqəti fasilə elan edib.
“Yeni Sabah” xəbər verir ki, 55 yaşlı ispaniyalı mütəxəssis bir müddət məşqçilik fəaliyyətindən uzaq qalmaq qərarına gəlib.
Bu barədə İspaniyanın nüfuzlu "AS" nəşrinə mütəxəssisin agenti Josep Maria Orobitq məlumat verib. Agenti bildirib ki, təcrübəli baş məşqçi cari mövsüm ərzində heç bir kollektivə rəhbərlik etməyəcək: pizza
"Pep bu mövsüm heç bir klub və ya milli komandanı çalışdırmayacaq", — deyə Orobitq vurğulayıb.
Xatırladaq ki, zəngin məşqçilik karyerasına malik olan Pep Qvardiola "Mançester Siti"yə qədər "Barselona" və "Bavariya" kimi dünya futbolunun nəhəng klublarını da çalışdırıb, saysız-hesabsız titullar qazanıb.
Nazim Hacıyev
Telegram kanalımız