“Emin Əmrullayevin çaldığı həyəcan təbili geniş rezonansa səbəb oldu: “Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür”. Sual ortaya çıxır. Bəs Azərbaycanda hər üç nəfərdən neçəsi kimyəvi elementlərin valentliyini, sürətin və təcilin düsturunu, ədədi kəsri və faizi hesablamağı, hüceyrənin quruluşunu bilir?”
“Yeni Sabah” xəbər verir ki, bu barədə sabiq deputat Etibar Əliyev öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, şagirdin özü dərslikdən səhvlər tapır:
“Şagirdlər Cəlil Məmmədquluzadənin “Anamın kitabı”, İsa Hüseynovun “Tütək səsi”, Yusif Səmədoğlunun “Qətl günü”, Cəfər Cabbarlının “Aydın” pyesi və digər vacib əsərləri oxuyub anlaya bilmirlər? Nazir “Azərbayan dil” və “Ədəbiyyat” dərliklərində yer alan şeirlər və bədii mətnlərin məzmunu ilə maraqlanıbmı? Məsələn, DİM ekspertləri Ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün "Ədəbiyyat” dərsliyində məzmunun işlənməsi baxımından – 36 qüsur, Dil və yazı üslubu baxımından – 24 qüsur aşkar etmişdi. Pepperoni pizza
Həmin qüsurlar aradan qaldırıldımı? Şagird dərslikdən səhvlər tapır.
Klassiklər dərsliklərdən çıxarılır, onların əvəzinə Hüseynbala Mirələmov və başqalarının yazdıqları əlavə olunur.
Uşaq 7-ci sinif “Azərbaycan dili” dərsliyində çap olunmuş bu şeiri necə oxuyub anlasın? Qurama adlarla uşaqlara şeir sırıyırlar, cənab nazir!”
Nazim Hacıyev
Telegram kanalımız