"Qarabağ" Kiyev "Dinamo"su ilə oyuna istədiyi kimi hazırlaşıb.
"Yeni Sabah" xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
O, Ukrayna təmsilçisi ilə oyunla bağlı gözləntilərini bölüşüb: Marqarita pizza
"Vacib səfərə çıxırıq. Yaxşı komandaya qarşı oynayacağıq. Matça istədiyimiz kimi hazırlaşmışıq. Rəqib də bizə qarşı yaxşı hazırlaşıb, çempionatda iki oyunları təxirə salınıb. Polşaya sərfəli nəticə qazanmaq üçün gedirik".
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" - "Qarabağ" matçı sabah, Bakı vaxtı ilə saat 21:00-da Polşadakı "Lublin Arena"da start götürəcək. Komandalar arasında cavab matçı isə avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Telegram kanalımız