"Hələ ki, rəsmi bir gediş yoxdur. Danışıqlar gedirdi".
"Yeni Sabah" xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının IV turunda "Araz-Naxçıvan"ı 3:2 məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında komandanın qapıçısı Mateuş Koxalskinin klubdan ayrılacağı ilə bağlı sualı cavablandırarkən deyib.
"Müqaviləsində bir bənd var və bu bizi hər transfer pəncərəsində danışıqlara vadar edirdi. Bu gün matçımız var idi, ona görə də oyuna köklənmişdik. Oyundan sonra bu barədə maraqlanaram", - deyə baş məşçqçi bildirib. Dördpendirli pizza
Qeyd edək ki, bu gün Ağdam təmsilçisi IV turun son matçında "Araz-Naxçıvan"ı məğlub edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 3:2 hesabı ilə bitib./Oxu.az
Telegram kanalımız