“Real”, “Çelsi”, kim gəlir gəlsin - Tellur Mütəllimov

saytların hazırlanması

Evə çatdırılma

“Real”, “Çelsi”, kim gəlir gəlsin - Tellur Mütəllimov

İdman

26 Avqust 2026 10:59 103


“Çelsi”, “Real”, kim gəlir gəlsin, maksimum yaxşı nəticə üçün çalışacağıq.

"Yeni Sabah" xəbər verir ki, bunu "Sabah"ın futbolçusu Tellur Mütəllimov deyib.

O, UEFA Çempionlar Liqasının pley-off mərhələsininin "Hapoel"lə cavab matçından sonra fikirlərini bölüşüb: Toyuqlu pizza

“Hisslər çox gözəldir. Son dəqiqə qolu həmişə gözəl olur. Düzdür, təkcə son qol deyil, ondan əvvəl vurulan qollar da var. Uşaqlar əziyyət çəkdilər, hamı möhtəşəm oynadı. Azarkeşlərə də səsləniərm ki, onların dəstəyi bizə çox kömək oldu, daha da ruhlandırdı. Onları növbəti oyunlarda da gözləyirik, qələbələr gələcək. 

Çox sevincliyik, tarix dalınca tarix yazırıq. Çempionluq, kubok, indi də Çempionlar Liqasına düşmək isə inanılmaz tarixdir. Çünki komandanın öz tarixi elə böyük deyil. 2017-ci ildə yaranmış komandayıq. Qısa müddətdə bunları qazanmaq möhtəşəmdir".

T.Mütəllimov qeyd edib ki, Liqa mərhələsində istənilən rəqiblə keçiriləcək oyun tarixə yazılacaq: "TOP komandalar olur. “Çelsi”, “Real”, kim gəlir gəlsin, maksimum yaxşı nəticə üçün çalışacağıq. Hansı komanda gəlsə, bu, bir tarixdir. Fanatlara da səslənirəm, gəlib dəstək olsunlar, onlara həmişə ehtiyacımız var”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!