İtaliyanın "Udineze" klubu transfer pəncərəsində böyük əks-səda doğuracaq addım atmağa hazırlaşır.
“Yeni Sabah” xəbər verir ki, Udine təmsilçisi "Real Madrid"in keçmiş müdafiəçisi David Alaba ilə şifahi razılıq əldə edib.
Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, avstriyalı ulduz futbolçu "Udineze"nin əsas transfer hədəflərindən biri hesab olunurdu. Keçidin yekunlaşması və sövdələşmənin rəsmiləşməsi üçün hazırda tərəflər arasında son hüquqi prosedurlar tamamlanır. Dominos pizza
Qeyd edək ki, zəngin karyeraya sahib olan David Alaba 4 dəfə Çempionlar Liqasının qalibi olub və müxtəlif beynəlxalq titullar qazanıb.
Nazim Hacıyev
Telegram kanalımız