“Real” və  “Mançester Siti” qələbə qazandı
07 Apr 2021 01:16
490

“Real” və “Mançester Siti” qələbə qazandı

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

Yenisabah.az xəbər verir ki, İlk oyun günündə iki qarşılaşma baş tutub.

İspaniyada “Real”ı İngiltərənin “Liverpul” klubu ilə qarşılaşıb. Dörd qolun vurulduğu matçda meydan sahibləri inamlı qələbəyə seviniblər - 3:1.

İngiltərənin digər təmsilçisi “Mançester Siti” isə doğma meydanda “Borussiya” Dortmundla qarşılaşıb. Mançesterlilər bu görüşdən çətin qələbə ilə ayrılıblar - 2:1.

UEFA Çempionlar Liqası

1/4 finalın ilk oyunları

6 aprel

“Real” (İspaniya) – “Liverpul” (İngiltərə) - 3:1

Qollar: J.Vinisius, 27; 65. Asensio, 36 - Salah, 51. 

 

“Mançester Siti” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) - 2:1

Qollar: De Brüyne, 19. Foden, 90 - Roys, 84.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər