“ReAL”dan yeni qanun layihəsi

saytların hazırlanması

Evə çatdırılma

“ReAL”dan yeni qanun layihəsi

Siyasət

13 Avqust 2026 16:59 225


“Yeni qanun layihəsi hazırladıq. Ötən seçkidəki vədimizə uyğun olaraq. İndi onu ictimai müzakirəyə çıxarırıq. Qanun layihəsinin ilkin adı: “Rəqəmsallaşmanın hədləri haqqında”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Respublikaçı Alternativ Partiyasının sabiq sədri İlqar Məmmədov “Facebook” səhifəsində yazıb.

O bildirib ki, rəqəmsal texnologiyaların dövlət tərəfindən tətbiqi bir çox fayda verməklə yanaşı vətəndaşlarımızın təməl haqlarını tədricən sual altına qoymağa başlayıb: pizza

“Rəqəmsal texnologiyaların dövlət tərəfindən tətbiqi bir çox fayda verməklə yanaşı vətəndaşlarımızın təməl haqlarını tədricən sual altına qoymağa başlayıb. Siyasi baxışlardan tutmuş özəl həyata qədər – dövlət insanı bu texnologiyalar vasitəsilə siyasi məqsədlə izləmək, ona aşırı nəzarət və kobud təsir etmək imkanını qazana bilər.

İnsanın bu cür haqlarını dövlət müdaxiləsindən qorumaq üçün rəqəmsal alətlərin dövlət istifadəsinə hədlər qoyulmalıdır. Qanun layihəmiz məhz bundan ötrüdür.

Bu layihəni birbaşa Milli Məclisə də təqdim edə bilərdik. Lakin əvvəlcə onu ictimai müzakirəyə çıxarmaq qərarına gəldik. İctimai müzakirə üçün əsas yer – Respublikaçı Alternativ partiyasının saytdıdır. Orada qanun layihəmizi oxuyandan sonra “Redaktə et” düyməsini basıb öz dəyişikliyinizi yerindəcə əlavə edin (sayta keçid şərhdədir). Təkliflərinizin hamısını nəzərdən keçirib yekun mətni bir neçə aydan sonra Milli Məclisə göndərmək niyyətindəyik”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!