Ukraynanın “Bukovina” klubu Azərbaycan millisinin hücumçusu Renat Dadaşovu heyətinə qatdığını rəsmən açıqlayıb.
"Yeni Sabah" xəbər verir ki, 27 yaşlı forvardla "1+1" illik müqavilə imzalanıb. Təcrübəli hücumçu yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Karyerası ərzində Portuqaliyanın “Eştoril”, “Pasuş de Ferreyra”, “Tondela”, İsveçrənin “Qrasşopper”, İngiltərənin “Vulverhempton”, Türkiyənin “Hatayspor” və “Ankaragücü” kimi klublarında çıxış edən futbolçu son olaraq Polşanın “Motor” komandasının şərəfini qoruyub. Sezar pizza
Qeyd edək ki, Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Dadaşov 2017-ci ildən dəvət aldığı Azərbaycan millisində keçirdiyi 45 oyunda 7 dəfə fərqlənib.
Telegram kanalımız