Müğənni Rəqsanə İsmayılova sosial media hesabında paylaşdığı yeni fotoları ilə gündəmə gəlib.
“Yeni Sabah” xəbər verir ki, ifaçı paylaşımına qadın gücündən bəhs edən geniş şərh əlavə edib.
O bildirib ki, qadının güclü olması olduqca vacib mövzudur və bəzən hisslər, ruh düşkünlüyü, düşüncələr insanı sarsıda bilər: Sezar pizza
“Amma güclü qadın hər fırtınadan özünü yenidən yaradan, göz yaşlarını belə gücə çevirən, susqunluğunda belə hekayə daşıyan qadındır. Çünki qadının əsl gücü yalnız ayaqda qalmaqda deyil, qırılıb yenidən daha parlaq şəkildə bütövləşə bilməsindədir”.
İfaçının yeni görünüşü izləyicilər arasında müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin bir qismi onun yenidən estetik əməliyyat etdirdiyini iddia edib.
Bəzi izləyicilər Rəqsanənin son görüntüsünü aparıcı Xoşqədəm Baxşəliyeva ilə müqayisə edərək onların bri-birinə bənzədiyini bildiriblər.
Aydan Hacı
Telegram kanalımız