Rəşad Həsənov nazirin müşaviri təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Həsənov nazirin müşaviri təyin olundu

İqtisadiyyat

14 Sentyabr 2026 12:42 1576


Rəşad Həsənov maliyyə nazirinin müşaviri vəzifəsinə təyin olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rəşad Həsənov özü məlumat verib.

O bildirib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. Bakıda online alış-veriş

“Dövlət qulluğunda peşəkar fəaliyyətimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyində nazirin müşaviri kimi davam etdirərək dövlət maliyyəsinin idarə olunması sahəsində ölkədə aparılan genişmiqyaslı islahatlara töhfə verməyə davam edəcəyəm”, – R.Həsənov qeyd edib.

Rəşad Həsənov 2025-ci ilin avqustundan 2026-cı ilin iyulunadək BVF və Dünya Bankı Qrupunun İcraçı Direktorlar şuralarında Azərbaycanın nümayəndəsi olub.

O, eyni zamanda 2023-cü ilin sentyabrından 2026-cı ilin iyulunadək Beynəlxalq Valyuta Fondunda İcraçı Direktorun müşaviri vəzifəsində çalışıb.

R.Həsənov 2019–2023-cü illərdə isə Azərbaycan Maliyyə Nazirliyində direktor müavini vəzifəsində fəaliyyət göstərib.(APA Economics)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!