Roberto Karlosun yeni nikahı onun rəgarəng şəxsi həyatını yenidən diqqət mərkəzinə gətirib.
“Yeni Sabah” xəbər verir ki, braziliyalı ulduz futbolçu 7 fərqli qadından 11 övladının dünyaya gəldiyini dəfələrlə etiraf edib.
Aleksandra Pineyru (Alexandra Pinheiro) Roberto Karlosun ilk rəsmi xanımıdır. Bu nikahdan onların 3 övladı dünyaya gəlib: Roberta, Covanna və Roberto Karlos Junior. pizza mizza
Mariana Lukkon (Mariana Luccon) sabiq futbolçunun ikinci arvadı və ixtisasca fizioterapevt. Onlar 2009-cu ildə evlənib və bu nikahdan Manuela və Marina adlı 2 qızları var.
Aleksandra Horvat (Alexandra Horvath) macarıstanlı modeldir. Roberto Karlosun bu münasibətdən Kristofer (Christopher) adlı bir oğlu var.
Ceyn Borces (Jane Borges) braziliyalı modeldir. Karlosun onunla olan münasibətindən Karlos Eduardu (Carlos Eduardo) adlı oğlu doğulub.
Adı heç vaxt çəkilməyən meksikalı xanım Roberto Karlosun şəxsi həyatında yer alıb və Rebeka (Rebeca) adlı qızın anasıdır.
Braziliyalı digər 2 qadın da anonimdir.
Karlosun Braziliyada yaşadığı digər münasibətlərdən dünyaya gəlib. Bu qadınlar mətbuatdan və ictimaiyyətin diqqətindən kənarda qalmağı üstün tutublar.
Nazim Hacıyev
Telegram kanalımız