Rodri “Barselona”ya keçdi

saytların hazırlanması

Evə çatdırılma

Rodri “Barselona”ya keçdi

İdman

18 Avqust 2026 00:30 26


Futbol üzrə Dünya və Avropa çempionu, ispaniyalı yarımmüdafiəçi Rodri "Barselona"ya keçib.

"Yeni Sabah" xəbər verir ki, onun sözlərini jurnalist Fabrizio Romano X sosial şəbəkə hesabında yayıb.

""Barselona"da oynamaq mənim arzumdur. Komanda yoldaşlarıma qoşulacağım anı səbirsizliklə gözləyirəm. Biz Çempionlar Liqasını və digər bütün turnirləri qazanmağa gedirik", - deyə Rodri bildirib. Marqarita pizza

Bundan əvvəl Romano 30 yaşlı futbolçu ilə müqavilənin 2030-cu ilə qədər nəzərdə tutulduğunu bildirmişdi.

Rodri daha əvvəl "Vilyarreal", "Atletiko" və "Mançester Siti" klublarında çıxış edib. İngiltərə klubunun heyətində o, UEFA Çempionlar Liqası da daxil olmaqla çoxsaylı milli və beynəlxalq titullar qazanıb.

İspaniya millisinin heyətində Rodri 2026-cı ildə dünya çempionu, 2024-cü ildə Avropa çempionu və 2023-cü ildə Millətlər Liqasının qalibi olub. O, 2024-cü ildə "France Football" jurnalının versiyasına görə dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatını qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!