“Gəlsin, xələt versin Ronaldo bəyin Messi dayısı...” –   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Gəlsin, xələt versin Ronaldo bəyin Messi dayısı...” – VİDEO

İdman

13 Avqust 2026 11:09 790


Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriges rəsmi nikah mərasimi və toyu ətrafında saysız-hesabsız iddialar var.

“Yeni Sabah” xəbər verir ki, mərasimin baş tutduğuna dair yalnız bir foto var, onda da simalar görünmür.

Əvvəldən vəd edilən cah-cəllallı toyun yoxluğu sosial mediada süni intellekt hazırlanmış çoxsaylı görüntü versiyaları üçün mənbə olub. Bakıda online alış-veriş

Həmin videolardan biri də Azərbaycanda hazırlanıb.

Həmin kadrlarda ən çox diqqət çəkən cütlüyün toyunun 1990-cı illər tərzində "keçirilməsidir".

Videoda Lionel Messi, Rianna, Neymar, Ronaldinyo, Modriç, Ramos bir neçə tanınmış sima da yer alıb. Onların hər biri çadır toyunda iştirak ediblər.

Ronaldo və Corcina 2017-ci ildən bir yerdədirlər. Cütlüyün toyunun olması iddiası hələlik təsdiqini tapmayıb.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!