Futbol ulduzu Kristiano Ronaldonun sevgilisi Corcina Rodrigeslə Madeyrada evlənəcəyi barədə yayılan xəbər adada böyük izdihama səbəb olub.
"Yeni Sabah" xəbər verir ki, cütlük bu həftəsonu Ronaldonun doğulduğu Madeyrada yerləşən Funşal Katedralında toy edəcək. Xəbərə inanan 2 mindən çox fanat kilsənin qarşısına toplaşıb.
Hadisə “Rolls-Royce” avtomobilinin kilsənin qarşısına gəlməsi ilə daha da maraqlı hal alıb. Azarkeşlər avtomobildəki qadının Corcina olduğunu düşünərək maşını əhatəyə alıblar. pizza mizza
Lakin tezliklə həqiqət ortaya çıxıb. Avtomobildəki qadın Corcina Rodriges yox, Fransada yaşayan Fatimə Nikol Kunha Teyşeyra olub. O, Fabio Ramosla evlənmək üçün Madeyraya gəlib.
İzdiham səbəbindən yeni evlənən cütlüyün və toy qonaqlarının katedralın qarşısından keçməkdə çətinlik çəkdiyi bildirilib.
Katedralın keşişi Markuş Qonsalves də cütlüyün Ronaldo və Corcina ilə heç bir əlaqəsinin olmadığını açıqlayıb.
Hadisəyə Kristiano Ronaldo özü də münasibət bildirib. Futbolçu yerli “Jornal da Madeira” qəzetinin paylaşdığı görüntülərə beş gülüş emojisi ilə reaksiya verib.
Qeyd edək ki, Kristiano Ronaldo və Corcina Rodriges 2016-cı ildən münasibətdədir. Cütlük 2025-ci ilin avqustunda nişanlandıqlarını açıqlayıb. Onların toyunun tarixi və keçiriləcəyi yer isə hələlik rəsmi şəkildə açıqlanmayıb.
Telegram kanalımız