Ronaldu 1000-ci qolun arxasınca: Uelslə matça da start heyətində çıxacaq

saytların hazırlanması

Evə çatdırılma

Ronaldu 1000-ci qolun arxasınca: Uelslə matça da start heyətində çıxacaq

İdman

24 Sentyabr 2026 00:21 153


Portuqaliya millisinin baş məşqçisi Jorji Jezuş Kriştianu Ronaldunun Millətlər Liqasının Uels yığmasına qarşı keçiriləcək matçında start heyətində meydana çıxacağını bəyan edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə tanınmış futbol insayderi Fabritsio Romano sosial şəbəkə hesablarında yazıb.

Oyun noyabrın 24-də baş tutacaq. Portuqaliya A Liqasının IV qrupunda mübarizə aparır. Bu qrupda Uelslə yanaşı, Norveç və Danimarka milliləri də yer alıblar. pizza sifarişi

"İndi qarşımda iki məqsəd var: Millətlər Liqasını qazanmaq və karyeram ərzində 1000-ci qolumu vurmaq", - deyə Romano Ronaldunun sözlərindən sitat gətirib.

Hazırda Kriştianu Ronaldu karyerası ərzində 979 qol vurub. Hücumçu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun şərəfini qoruyur.\Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!