Moskvada İkinci Qərb Dairə Hərbi Məhkəməsi "Nə? Harada? Nə zaman?" ( Что? Где? Когда?) intellektual televiziya oyununun keçmiş iştirakçısı Rövşan Əsgərov barəsində cinayət işinə qiyabi qaydada baxacaq.
"Yeni Sabah" xəbər verir ki, o, "nasizmin reabilitasiyasında, Rusiya ordusu haqqında saxta məlumatların yayılmasında, nifrətə təhrikdə və terror xarakterli digər cinayətlərdə" ittiham olunur.
Cinayət işinin materialları məhkəməyə daxil olub, lakin hələlik məhkəmə iclasının tarixi müəyyən edilməyib. ShopByBro
Oktyabr ayında Rusiya İstintaq Komitəsi К.Əsgərovun Sovet İttifaqının marşalı Georgi Jukov haqqında paylaşımlarına görə "nasizmi bərpa etmə" iddiası ilə bağlı istintaqı başa çatdırıb.
Ötən ilin noyabr ayında Əsgərov "xarici agentin fəaliyyətini tənzimləyən qaydalar"ı pozduğuna görə 40.000 rubl cərimə olunub. Məhkəmə icraçılarının sözlərinə görə, Əsgərov hələ də ümumi məbləği 90.000 rubl olan iki ödənilməmiş cərimə ilə üzləşib. İcra icraatı başlanıb. Məhkəmə keçmiş eksperti xarici agent kimi hesabat təqdim etmədiyinə və müvafiq şəxsiyyət vəsiqəsinə malik olmadığına görə cərimələyib.
Keçmiş "Nə? Harada? Nə vaxt?" oyunçusu 2022-ci ilin dekabrında xarici agent reyestrinə və daha sonra Rusiya Federasiyasında terrorçular və ekstremistlər siyahısına əlavə edilib. Onun barəsində qiyabi həbs qərarı çıxarılıb.
Daha əvvəl R.Əsgərov "Nə? Harada? Nə vaxt?" ictimai təşkilatının prezidenti olaraq "Mirotvorets" ("Sülhməramlı") məlumat bazasına əlavə edilib.
Telegram kanalımız