Rusiyadakı dəhşətli xəstəlik Azərbaycanda yayılacaq?   – XƏBƏRDARLIQ EDİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadakı dəhşətli xəstəlik Azərbaycanda yayılacaq? – XƏBƏRDARLIQ EDİLDİ

Sosial

08 Oktyabr 2026 21:15 369


Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəliyin mövcudluğu ilə bağlı şübhələr daha da artıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölümün səbəbi hələ rəsmi şəkildə təsdiqlənməyib və laborator müayinələrin davam etdiyi ehtimal olunur. Təşkilat Rusiyaya dəstək təklif etdiyini də bildirib.

“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən professor Adil Qeybulla deyib ki, taun xəstəliyi dünyada ən çox insan tələfatına səbəb olan xüsusi təhlükəli infeksiyadır.

O bildirib ki, zamanında dəfələrlə böyük pandemiyalar yaranıb və milyonlarla insan həyatına son qoyub: “Xəstəlik son dərəcə təhlükəlidir. Düzdür, antibiotik çıxandan sonra bununla bağlı mübarizə asanlaşdı, ancaq istənilən halda taun dünyada pandemiya şəklində yayılsa, böyük tələfat baş verər. Ona görə xəstəliyə ciddi yanaşılmalıdır. Taun xəstəliyinin təbii rezervuarları əsasən gəmiricilərdir. Xəstəlik Yersinia pestis bakteriyası tərəfindən törədilir və əsasən gəmirici populyasiyalarında dövr edir. İnsanlara isə infeksiya əsasən yoluxmuş birələrin dişləməsi vasitəsilə keçir. Harada gəmiricilər çox yaşayırsa, orada təhlükə ola bilər. Taun xəstəliyinin müxtəlif formaları var. “Bubon” yunan dilində qasıq deməkdir. Qasıq limfa düyünlərində böyümə, irinləmə, partlama ilə müşayiət olunur. Ağciyər forması isə hava damcı yolu ilə yayılır”. Dördpendirli pizza

Professorun sözlərinə görə, labaratoriya işçisinin yoluxub ağciyər taunundan ölməsi ciddi şübhələr doğurur: “Əgər bu müharibədən hansısa formada yayılmağa, müharibəyə bağlı olacaqsa, burada surprizlər gözləyə bilərik. Düşünürəm ki, karantin elan olunub, qarşısı alınmalıdır. Ancaq qarşısı alınmayacaqsa, deməli, burada başqa niyyətlər də var. Hər halda təhlükə mövcuddur. Azərbaycanda da taunun təbii rezervuarları var. Hər il dünyada taun xəstəliyinin xırda epidemik ocaqları alovlanması baş verir, lakin bu məsələ söndürülə bilir və ölüm halları da olur. Bu səbəbdən hesab edirəm ki, məsələ ciddidir”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!