Putindən ŞOK QƏRAR! Azərbaycana pul gətirənlərin NƏZƏRİNƏ

saytların hazırlanması

Evə çatdırılma

Putindən ŞOK QƏRAR! Azərbaycana pul gətirənlərin NƏZƏRİNƏ

İqtisadiyyat

29 Sentyabr 2026 14:28 221


Rusiyada fiziki şəxslərin ölkədən Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrə, eyni zamanda Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan (20 min manat) artıq nağd pul çıxarılması qadağan edilib.

"Yeni Sabah" RIA Novosti-yə istinadla xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.

Sənədə əsasən, fiziki şəxslərə Rusiyadan qeyd olunan ölkələrə 1 milyon rubldan artıq nağd Rusiya valyutası aparmaq qadağandır. Sezar pizza

Məhdudiyyətlər hüquqi şəxslərə və fərdi sahibkarlara məbləğindən asılı olmayaraq tətbiq edilir.

Fərmanda bir sıra istisnalar da nəzərdə tutulub.

Bundan əvvəl Rusiyada fiziki şəxslər üçün nağd rublun ölkədən çıxarılmasına dair limit 100 min ABŞ dolları ekvivalentində müəyyən edilmişdi. Həmin məhdudiyyətlər Azərbaycan, Tacikistan və Özbəkistana şamil olunmurdu. Yeni fərmanla bu ölkələr də məhdudiyyətin əhatə dairəsinə daxil edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!