Pünhan Əlizadə yüksək vəzifəyə   təyin olundu - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Pünhan Əlizadə yüksək vəzifəyə təyin olundu - FOTO

Sosial

20 Avqust 2026 16:46 85


Saatlı Peşə Liseyində yeni təyinat olub.

"Yeni Sabah" xəbər verir ki, Pünhan Əlizadə liseydə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

P.Əlizadə 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat-informatika” ixtisası üzrə bakalavriat səviyyəsini bitirib. pizza

O, əmək fəaliyyətinə 2002-ci ildə Saatlı rayonunun M.Əzizbəyov adına 2 nömrəli orta məktəbində riyaziyyat müəllimi kimi başlayıb. 2006–2007-ci illərdə Saatlı Rayon Təhsil Şöbəsində metodist vəzifəsində çalışıb. 2014–2020-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı Rayon Təhsil Şöbəsində məsləhətçi, 2020–2021-ci illərdə isə Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə təhsil sektorunda məsləhətçi vəzifəsində fəaliyyət göstərib. 2022–2024-cü illərdə Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə təhsil sektorunun metodik kabinetinin müdiri vəzifəsini icra edib.

P.Əlizadə 6 yanvar 2025-ci ildən Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu Nabatkənd kəndi İ.Ağayev adına tam orta məktəbində müəllim kimi fəaliyyət göstərib.O, 19 avqust 2026-cı il tarixindən Saatlı Peşə Liseyində tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!