"Sabah" Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Hapoel"i (Beer-Şeva) 5:2 hesabı ilə məğlub edərək, iki oyunun nəticəsinə əsasən, turnirin əsas mərhələsinə adlamaqla Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.
"Yeni Sabah" xəbər verir ki, "Sabah" tarixi qələbə sayəsində Azərbaycana +1,750 xal qazandırıb.
Bunun sayəsində Azərbaycan UEFA reytinqində 25-ci pilləyə yüksələrək Sloveniyanı ötüb. Azərbaycanın reytinqdə əmsalı 23,687-dir. Dominos pizza
"Sabah" artıq Çempionlar Liqasında iştiraka görə klub əmsalına zəmanətli +6,000 bonus xalı əldə edib.
Telegram kanalımız