Sabah Bakının bir hissəsində işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakının bir hissəsində işıq olmayacaq

Sosial

06 Oktyabr 2026 00:30 85


Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 6-da Yasamal rayonunda yerləşən Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.

“Yeni Sabah” xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Bəşir Səfəroğlu, İzmir, Məhəmməd Xiyabani, Mirəli Seyidov və Nəriman Nərimanov küçələrində, Tbilisi prospektində, həmçinin Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. pizza mizza

Görüləcək işlər başa çatdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!