Sentyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Pepperoni pizza
Havanın temperaturu gecə 15-19° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gcə 70-80%, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 25-29° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.
Aytac Əliyeva
Telegram kanalımız