“Nəvə saxlamaq fikrim yoxdur, qocalanda saxlayaram”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri “Sevilən səhər” verilişində Fatimə Fətəliyeva deyib.
Rəqqasə işlərinin çoxluğundan nəvələri ilə az vaxt keçirdiyini qeyd edib: pizza sifarişi
“Zəhram da, Mikayılım də bilir ki, vaxtım olanda çalışıram onlarla maraqlanım. Amma yalan deməyim, mən elə klassik nənəlik edib uşaqları yedizdirmək, yaxud baxmaqla məşğul olmuram. Məsələn, Mikayılı cəmi bir-iki dəfə yedizdirmişəm.
Ürəyim doludur. Bir də görürsən qızım mənə müxtəlif videolar göndərir. Yazır ki, məsələn, mama, bax, filankəsin nənəsi uşağa necə baxır”. Özümü elə göstərirəm ki, guya görmürəm. Ya da onlara gülüş, ürək işarələri göndərirəm: “Hə, yaxşı oldu”.
Fatimə Fətəliyeva nəvələrinə baxmaq üçün baxıcı tutulduğunu bildirib:
“Əslində, hamımız qaçaqaçdayıq, heç nəyə də çatdıra bilmirik. Çox istərdim ki, nəvələrimlə daha çox vaxt keçirəm. İnşallah, bir az böyüsünlər, mən də bir az qocalım, söz verirəm ki, onlara daha çox vaxt ayıracağam. Hələ ki, özümə baxıram.
Allah qızıma, Aydanıma, kürəkənimə də can sağlığı versin. Uşaqlara baxan var, baxıcı tutublar. İlhamədən də Allah razı olsun, uşaqlara baxır, kömək edir. Ona görə də düşünürəm ki, hələlik mənim köməyimə ehtiyac yoxdur.
Əvvəllər belə deyildi. Məsələn, məni də, bacımı da nənəm böyüdüb. Bizim dövrdə uşağı nənəyə etibar edirdilər. Deyirdilər ki, nəvə övladdan da əzizdir. Nənələr nəvələri üçün daha çox can yandırırdılar. İndi isə nənələr müasirdir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız