“Real Madrid”in portuqaliyalı baş məşçqçisi Harri Keynin “Qızı top” almasından danışıb.
“Yeni Sabah” xəbər verir ki, 63 yaşlı mütəxəssis vaxtilə “Tottenhem”in sükanı arxasında olanda birlikdə çalışdığı 33 yaşlı ulduz barədə bildirib:
“2019-cu ildə “Tottenhem”in baş məşqçisi olan zaman Harri Keyn, Hinq Min Son, Uqo Lioris, Delle Alli kimi istedadlı futbolçularla işləmək şansım oldu. Mən Harrinin üzərində yetərincə işləyəcəyi təqdirdə, onun Messi və Ronaldo səviyyəsinə çatacağını dedim. Həqiqətən də öz üzərində işləyən futbolçudur. Çox zəhmətkeşdir. Bu gün hansısa ulduz hücumçuya “gəl müdafiəyə kömək et, 6 nömrəyə düş” kimi təlimatlar verə bilməzsiniz. pizza mizza
Amma Keynə bunları deməyə ehtiyac yoxdur. Çünki o hər matçda onsuz da bunları edir. İngilis futbolçular xarici məşqçilərin əlinə düşəndə, onların istedadı üzə çıxır. Yerli ingilis mütəxəssislərin isə futboldan başı çıxmır. Onlar hələ də futbolu topu qabağa vurub arxasınca qaçmaqdan və cərimə meydançasına qaldırmaqdan ibarət olduğunu düşünürlər”.
Mourinyo “Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Aleks Ferqusona da söz atıb:
“Britaniyalıların çıxardığı ən mötəbər baş məşqçi kimdir? Yəqin ki, Aleks Ferquson. Yadınıza gəlir o Runidən necə istifadə edirdi? O, bir gün mərkəz hücumçusu, bir gün yarımmüdafiəçi, bir gün isə cinah hücumçusu idi. Əlbəttə, hücumçunun müdafiəyə kömək etməsi, yarımmüdafiədən oyun qurması çox yaxşı haldır. Amma hücumçu olduğunu unutmamalıdır. Mən “Çelsi”də işləyəndə Ferqusona və Vengerə bəzi xırdalıqları başa saldım”.
Nazim Hacıyev
Telegram kanalımız