Sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir.
“Yeni Sabah” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, gecə saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-19°, gündüz 21-25° isti olacaq. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 60-65 faiz təşkil edəcək. pizza mizza
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı ərazilərdə yağıntının leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. 29-dan 30-na keçən gecə bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq.
Rayonlarda havanın temperaturu gecə 17-20°, gündüz 25-29° isti, dağlıq ərazilərdə gecə 4-8°, gündüz 10-15° isti olacaq.
Aytac Əliyeva
Telegram kanalımız