“Sabah” klubu UEFA Çempionlar Liqasında tarixi uğura imza atıb.
"Yeni Sabah" xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin təsnifat mərhələsindən əsas raunda vəsiqə qazanan ən gənc komanda olub.
2017-ci ildə təsis edilən klub cəmi 9 ildən sonra Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib. pizza mizza
Daha əvvəl bu rekord Rusiyanın “Krasnodar” klubuna (12 il) məxsus olub.
Xatırlada ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Sheva) klubunu iki oyunun nəticəsinə əsasən 6:4 hesabı ilə məğlub edərək liqa mərhələsinə vəsiqə qazanıb. “Bayquşlar” “Qarabağ”dan sonra turnirin əsas mərhələsinə yüksələn ikinci Azərbaycan klubu olub.
Telegram kanalımız