“Sabah” möhtəşəm geridönüşlə Çempionlar Liqasında!

saytların hazırlanması

Evə çatdırılma

“Sabah” möhtəşəm geridönüşlə Çempionlar Liqasında!

İdman

25 Avqust 2026 23:46 165


"Sabah" komandası UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb.

"Yeni Sabah" xəbər verir ki, ölkə çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) kollektivini qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə bitib - 5:2 Sezar pizza

90 dəqiqə ərzində qonaqların heyətində 10-cu dəqiqədə İqor Zlatanoviç, 61-ci dəqiqədə Qay Mizrahi fərqlənib. Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci, Umarali Raxmonaliyev 74-cü, Tellur Mütəllimov 90+4-cü dəqiqədə adını tabloya yazdırıb.

Rumıniyada baş tutan ilk görüş rəqib komandanın 2:1 hesablı qələbəsi ilə başa çatdığından əlavə vaxta ehtiyac duyulub.

Əlavə vaxtda isə 101-ci dəqiqədə Patrik Orfe Mbina, 115-ci dəqiqədə Coy-Lens Mikels "Sabah"ın növbəti qollarını vuraraq yekun nəticəni müəyyən ediblər.

Beləliklə, "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!