Sabah qar yağacaq -   Əhalinin diqqətinə!

saytların hazırlanması

Evə çatdırılma

Sabah qar yağacaq - Əhalinin diqqətinə!

Sosial

01 Oktyabr 2026 16:33 184


Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb.

Bildirilib ki, oktyabrın 2-dən etibarən ölkənin əksər ərazilərində yağışlı hava hökm sürəcək, bəzi yerlərdə leysan, şimşək, dolu və qar yağacağı gözlənilir. Marqarita pizza

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan yağışın leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclənəcəyi ehtimal edilir. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-ü səhərədək davam edəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək. Oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında gecə 14-16, gündüz 16-18 dərəcə isti olacaq.

Bölgələrdə isə oktyabrın 2-dən 5-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi Aran, Quba-Qusar və Dağlıq Şirvanın bəzi rayonlarında yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Dağlıq ərazilərdə qar yağacağı, oktyabrın 2-si axşam və 3-də bəzi yerlərdə yağıntıların güclənəcəyi bildirilir.

Yağıntılı hava şəraiti çaylarda sululuğun artmasına səbəb olacaq. Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara bölgəsi, eləcə də Naxçıvanın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir.

Ölkə üzrə havanın temperaturunun isə əvvəlki günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı düşəcəyi gözlənilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!