“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi 4 ev oyunu üçün VİP paket biletlər satışa çıxarılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bilet sahibləri “Slaviya Praqa” (Çexiya), “Borussiya Dortmund” (Almaniya), “Barselona” (İspaniya) və “Napoli” (İtaliya) ilə qarşılaşmaları Bakı Olimpiya Stadionunun VIP sektorundan izləyə biləcəklər. pizza hut
Qeyd olunub ki, VİP sektorda qidalanma xidməti təqdim olunacaq, həmçinin qonaqlar üçün əyləncə proqramının təşkili və DJ ifasında musiqi səsləndirilməsi də nəzərdə tutulur. Bildirilib ki, bu imkanlar azarkeşlərə Çempionlar Liqası oyunlarının ab-havasını xüsusi şəraitdə yaşamaq imkanı verəcək.
VIP paket biletin qiyməti 1 500 manatdır və dörd qarşılaşmanın hamısına şamil edilir.
Qeyd edək ki, VİP sektorda əyləncəli tədbirlər ancaq “Slaviya Praqa”, “Borussiya Dortmund” və “Barselona” ilə oyunları əhatə edəcək.
Xatırladaq ki, “Sabah” klubu bir neçə gün əvvəl ÇL-dəki ev oyunları üçün vahid biletləri satışa çıxarmışdı.
Telegram kanalımız