Portuqaliyanın "Jil Visente" komandası 24 yaşlı hücumçusu Karlos Eduardonu "Sabah" klubuna icarəyə verdiyini bəyan edib.
“Yeni Sabah”ın verdiyi məlumata görə, Portuqaliya təmsilçisi transferdən öncə futbolçu ilə müqavilənin müddətini daha bir il uzadıb. Əldə olunan razılaşmaya əsasən, hücumçu cari mövsümün sonunadək icarə əsasında "Sabah"ın şərəfini qoruyacaq.
Müqavilə şərtlərinə futbolçunu sonradan tam transfer etmək (satınalma) hüququ da daxildir. pizza sifarişi
"Jil Visente" rəhbərliyi Karlos Eduardoya yeni komandasında və növbəti karyerasında uğurlar arzulayıb.
Nazim Hacıyev
Telegram kanalımız