"Sabah" klubunun UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
"Yeni Sabah" xəbər verir ki, Azərbaycan çempionu turnirin liqa mərhələsində 8 qarşılaşmaya çıxacaq.
"Sabah" klubu Bakıda "Barselona", "Borussiya Dortmund", "Slaviya Praqa" və "Napoli", səfərdə isə "Arsenal", "Mançester Yunayted", "Vilyarreal" və "Vikinq" kimi klublarla qarşılaşacaq. Dördpendirli pizza
"Sabah"ın oyun təqvimi:
I tur
10 sentyabr
23:00. "Mançester Yunayted" - "Sabah";
II tur
13 oktyabr
20:45. "Sabah" - "Slaviya Praqa";
III tur
20 oktyabr
20:45. "Sabah" - "Borussiya Dortmund";
IV tur
4 noyabr
00:00. "Vikinq" - "Sabah";
V tur
25 noyabr
21:45. "Sabah" - "Barselona";
VI tur
8 dekabr
21:45. "Vilyarreal" - "Sabah";
VII tur
20 yanvar 2027-ci il
21:45. "Sabah" - "Napoli";
VIII tur
27 yanvar
00:00. "Arsenal" - "Sabah".
Qeyd edək ki, Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsi sentyabrın 8-də başlayacaq və yanvarın 27-də başa çatacaq. Hər komanda 8 fərqli rəqiblə qarşılaşacaq.
Telegram kanalımız