“Sabah”ın futbolçuları Çempionlar Liqasının liderləri sırasında

saytların hazırlanması

Evə çatdırılma

“Sabah”ın futbolçuları Çempionlar Liqasının liderləri sırasında

İdman

08 Avqust 2026 12:47 73


“Sabah”ın futbolçuları UEFA Çempionlar Liqasının təsnifat mərhələsində fərdi göstəricilərə görə liderlər sırasında yer alıblar.

"Yeni Sabah" xəbər verir ki, serbiyalı hücumçu Velko Simiç 4 qolla turnirin bombardirləri siyahısında 1-ci pilləni bölüşür.

Komandanın polşalı müdafiəçisi Timoteuş Puhaç isə 3 məhsuldar ötürmə ilə assistlər siyahısında liderlərdən biridir. pizza hut

Simiç 4 qolla “Selye”nin (Bosniya və Herseqoviba) futbolçusu Mario Kveşiçlə birlikdə ilk pillədə qərarlaşıb. Puhaç isə 3 assistlə Everton Bala (“Levski”, Bolqarıstan), Yosip Mişiç (“Dinamo” Zaqreb, Xorvatiya) və Serjinyo (“Levski”, Bolqarıstan) ilə birgə liderliyi bölüşür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!