Sabahın hava proqnozu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu açıqlandı

Sosial

21 İyun 2026 12:33 255


İyunun 22-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz havanın qısa müddətə tutulacağı, bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq, atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək və nisbi rütubət 60-70 % olacaq. pizza

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-28° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!