Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşları külli miqdarda psixotrop maddə-metamfetamin aşkar ediblər.
"Yeni Sabah" xəbər verir ki, “Şahtaxtı” postunda Azərbaycan ərazisindən tranzit keçməklə “alkoqolsuz içkilər” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib.
Yoxlama zamanı iki paletdəki 312 ədəd açıq mavi rəngli plastik qablarda maye halında xalis təmiz çəkisi 53 kiloqram 817, 183 qram xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib. Dominos pizza
Telegram kanalımız