Saxlanılan gömrükçülərin üçü buraxıldı:   RƏİS MÜAVİNİ HƏBS EDİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Saxlanılan gömrükçülərin üçü buraxıldı: RƏİS MÜAVİNİ HƏBS EDİLDİ

Kriminal

13 İyun 2026 17:04 651


İyunun 11-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatla bağlı yeni detallar məlum olub.

"Yeni Sabah" "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılan 4 gömrük əməkdaşından 3-ü sonradan sərbəst buraxılıb. Məlumata əsasən, saxlanılan şəxslərdən biri - Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin növbə rəisi müavini İsmayıl Əliyev barəsində isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, iyunun 11-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirdiyi, əməliyyat zamanı 4 əməkdaşın saxlanıldığı barədə məlumat yayılmışdı. Həmin şəxslərdən ikisinin qadın əməkdaş olduğu bildirilirdi. Pepperoni pizza

Faktla bağlı araşdırmalar davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!