Səhər yuxudan oyandıqda özünü yorğun və halsız hiss etmək yuxu rejiminin pozulması, gec saatlarda qida qəbulu və düzgün olmayan gündəlik vərdişlərlə bağlı ola bilər.
"Yeni Sabah" xəbər verir ki, səhər daha enerjili oyanmaq üçün ilk növbədə yuxu rejimini sabit saxlamaq, hər gün eyni saatlarda yatıb-durmaq tövsiyə olunur. Yetkin insanlara adətən gecə 7-9 saat keyfiyyətli yuxu lazımdır.
Mütəxəssislər yatmazdan əvvəl telefon, planşet və kompüter kimi elektron cihazlardan istifadənin azaldılmasını məsləhət görür. Ekran qarşısında uzun müddət qalmaq yuxuya getmə prosesini çətinləşdirə və yuxunun keyfiyyətinə təsir göstərə bilər. Sezar pizza
Gecə saatlarında ağır yeməklərdən, həddindən artıq kofein qəbulundan və çoxlu maye içməkdən də çəkinmək faydalıdır. Yataq otağının sakit, qaranlıq və sərin olması da daha rahat yuxuya kömək edə bilər.
Səhər oyandıqdan sonra isə pərdələri açaraq gün işığından faydalanmaq, bir qədər su içmək və yüngül hərəkətlər etmək orqanizmin oyanmasına kömək edə bilər.
Əgər insan kifayət qədər yatmasına baxmayaraq uzun müddət səhərlər davamlı şəkildə yorğun oyanırsa, bunun səbəbini müəyyənləşdirmək üçün həkimə müraciət etmək tövsiyə olunur.
Aytac Əliyeva
Telegram kanalımız