Sərnişinlərin NƏZƏRİNƏ:   “28 May” stansiyasında...

saytların hazırlanması

Evə çatdırılma

Sərnişinlərin NƏZƏRİNƏ: “28 May” stansiyasında...

Sosial

09 İyul 2026 22:51 222


Bakı metropoliteninin "28 May" stansiyasının 1-ci çıxışında yerləşən 3 saylı eskalator planlı texniki təmir və təftiş işləri ilə əlaqədar müvəqqəti istismardan çıxarılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, 2012-ci ildən istismarda olan "Victoria FT-935" tipli eskalatorlarda təhlükəsiz və etibarlı istismarın təmin edilməsi məqsədilə növbəlilik prinsipi əsasında planlı texniki xidmət və təmir işləri aparılır. pizza sifarişi

Qeyd olunub ki, təmir müddətində sərnişinlərin rahat hərəkətini təmin etmək üçün çıxışda qalan üç eskalator fasiləsiz fəaliyyət göstərəcək.

Məlumata görə, təmir işləri iyulun 10-dan avqustun 1-dək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!