Skuter sürənlərə SON XƏBƏRDARLIQ -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Skuter sürənlərə SON XƏBƏRDARLIQ - RƏSMİ

Sosial

05 Sentyabr 2026 10:03 42


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev skuterlərdən istifadə edən şəxslərə müraciət edib.

"Yeni Sabah" xəbər verir ki, R.Tağıyev skuterlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsinin həm istifadəçilər, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaratdığını bildirib.

O qeyd edib ki, skuter nəqliyyat vasitəsidir və onu idarə edən şəxs yol hərəkəti iştirakçısı kimi müəyyən edilmiş qaydalara əməl etməli, ətrafdakı insanların təhlükəsizliyini nəzərə almalıdır. Dördpendirli pizza

R.Tağıyev avqustun 22-də Bakının Yasamal rayonunda skuter idarə edən şəxsin yıxılaraq ağır xəsarət alması və daha sonra həyatını itirməsinə də diqqət çəkib:

"Bu hadisə skuter istifadəsi zamanı yol verilən kiçik bir ehtiyatsızlığın belə ağır, bəzən isə geri dönüşü olmayan nəticələrə səbəb ola biləcəyini bir daha göstərir".

DYP rəsmisinin sözlərinə görə, skuterlərin ümumi istifadədə olan avtomobil yollarında yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə riayət edilməklə yalnız yolun sağ kənar zolağı ilə hərəkətinə icazə verilir. Avtomagistrallarda skuterlərin hərəkəti qadağandır.

Həmçinin skuter sürücülərinin piyadaların hərəkətinə mane olması, sükanı tutmadan hərəkət etməsi, işıqforun siqnallarına və yol nişanlarının tələblərinə əməl etməməsi yolverilməzdir.

Bir skuterdə iki nəfərin hərəkət etməsinin tarazlığı və idarəetməni çətinləşdirdiyini bildirən R.Tağıyev bunun yıxılma və toqquşma riskini artırdığını vurğulayıb. Səkilərdə piyadaların arasından sürətlə keçməyin isə xüsusilə uşaqlar, yaşlılar və hərəkət imkanları məhdud şəxslər üçün təhlükəli olduğu qeyd edilib.

DYP rəisi sürücülərə hərəkət zamanı mobil telefondan istifadə etməməyi də tövsiyə edib. Bildirilib ki, bu, diqqətin yayınmasına və yaranan təhlükəyə vaxtında reaksiya verilməməsinə səbəb ola bilər.

R.Tağıyev valideynlərə də xəbərdarlıq edib. O bildirib ki, azyaşlının skuteri idarə edə bilməsi onun yol şəraitini, sürəti və məsafəni düzgün qiymətləndirmək bacarığına malik olması demək deyil.

"Bu vasitəyə oyuncaq kimi yanaşılması və uşaqların ondan istifadəsinə qeyd-şərtsiz şərait yaradılması ağır nəticələr doğura bilər", - deyə o vurğulayıb.

Sonda skuter istifadəçiləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə, piyadaların və digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə almağa, valideynlər isə uşaqların skuterlərdən istifadəsinə nəzarəti gücləndirməyə çağırılıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!