50 milyon dollarlıq büstqalteri türk iş adamı alıb?

saytların hazırlanması

Evə çatdırılma

50 milyon dollarlıq büstqalteri türk iş adamı alıb?

Maraqlı

22 Oktyabr 2026 12:11 83


Dünyanın ən bahalı büstqalterlərindən biri yenidən podiumda nümayiş etdirilib. Onun türk iş adamı tərəfindən həyat yoldaşına hədiyyə etmək üçün alındığı iddia olunur. Lakin bu məlumat hələ təsdiqlənməyib.

“Yeni Sabah” xəbər verir ki, ABŞ-nin məşhur moda markası “Victoria’s Secret” qiyməti 50 milyon dollar olan, qiymətli daşlarla bəzədilmiş büstqalterini bir neçə gün əvvəl yenidən podiuma çıxarıb. Los-Anceles şəhərində keçirilən moda nümayişində bu bahalı geyimi məşhur model Kayli Cenner nümayiş etdirib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, “Fantasy Bra” adlı 50 milyon dollarlıq büstqalteri bir türk iş adamı həyat yoldaşına hədiyyə etmək üçün alıb. Lakin bu iddianın kim tərəfindən irəli sürüldüyü məlum deyil. Üstəlik, nə “Victoria’s Secret”, nə də zinət əşyaları istehsalçısı “Jacob & Co.” şirkəti bu məlumatı təsdiqləyən açıqlama verib. pizza sifarişi

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!