Mehin Hümbətova ilk dəfə makiyaj etdiyinə dair paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, ifaçı 33 yaşına qədər makiyaj etməyi bacarmadığını, gündəlik həyatda isə makiyajsız gəzməyə üstünlük verdiyini bildirib:
“İlk dəfə özümə makiyaj etmişəm. Bəli, 33 illik həyatımda makiyaj etməyi bacarmırdım. Çünki gündəlik həyatda həmişə makiyajsız gəzirəm. Amma artıq yüngülvarı də olsa, “soft makeup” etməyi öyrənmək istədim. Sezar pizza
Düşünürəm ki, heç də pis alınmayıb. Cəmi bir dərs keçdim və belə bir makiyaj etməyi bacardım. Hətta fikirləşirəm ki, əziz xanım izləyicilərim üçün özümün makiyaj etdiyim bir video da çəkim.
Bundan sonra artıq özümə makiyaj edəcəyəm. Bütün makiyaj ustaları, bilin ki, məni itirdiniz! Əlbəttə, zarafat edirəm. Siz peşəkarsınız, mən sizin kimi peşəkar ola bilmərəm. Hər işin öz mütəxəssisi olmalıdır”.
Aydan Hacı
Telegram kanalımız