Son dəqiqə: Bakının bu yollarında hərəkət çətinləşib –   TAM SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Son dəqiqə: Bakının bu yollarında hərəkət çətinləşib – TAM SİYAHI

Sosial

07 Oktyabr 2026 08:22 108


Hazırda Bakının bir sıra əsas yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

Bu barədə "Yeni Sabah"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, sıxlıq aşağıdakı istiqamətlərdə qeydə alınıb: Pepperoni pizza

1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində;

Binəqədi şosesi – "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

Bakı-Sumqayıt şosesi – "20 Yanvar" metro stansiyası istiqamətində;

Ziya Bünyadov prospekti – Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

Heydər Əliyev prospekti – əsas yol, mərkəz istiqamətində;

Tbilisi prospekti – "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

Yusif Səfərov küçəsi – mərkəz istiqamətində;

Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər;

Mikayıl Müşfiq küçəsi – "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

Niyazi küçəsi – "Azneft" dairəsi istiqamətində;

Koroğlu Rəhimov küçəsi – Mirzə Qədim İrəvani küçəsindən akademik Həsən Əliyev küçəsi istiqamətində;

Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!