Şöşü “Hərbi əməkdaşlığa görə” medalı ilə təltif olundu

saytların hazırlanması

Evə çatdırılma

Şöşü “Hərbi əməkdaşlığa görə” medalı ilə təltif olundu

Şou

28 Avqust 2025 15:00 616


"Bu gün həyatımda unudulmaz bir gündür. Müdafiə Nazirliyi tərəfindən “Hərbi əməkdaşlığa görə” medalı ilə təltif olunmaq mənim üçün böyük şərəf və qürurdur".

Yenisabah.az xəbər verir ki, bu sözləri sosial media hesabında paylaşım edən aktyor Ramil Babayev ("Şöşü") deyib.

O bildirib ki, bu təltif onun üçün gələcək işlərində daha da məsuliyyətli olmağın rəmzidir: pizza

"Bu medal sadəcə bir mükafat deyil, illərlə çəkilən zəhmətin, səbrin, fədakarlığın və keçilən çətin yolların qiymətləndirilməsidir. Hər addımda üzləşdiyim sınaqlar bu gün mənə daha güclü, daha iradəli olmağı öyrətdi. Bu təltif mənim üçün həm də gələcək işlərimdə daha da məsuliyyətli olmağın rəmzidir. Qürurla deyə bilərəm ki, bu yolun hər addımında Vətən sevgisi var!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!