Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib.
"Yeni Sabah" Teleqraf-a istinadla xəbər verir ki, işdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var.
Buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddət ərzində verilməsi olub. Pepperoni pizza
TƏBİB-in araşdırması zamanı Sumqayıt Tibb Mərkəzinin tabeliyindəki poliklinikalarda sağlamlıq arayışlarının 20 dəqiqə ərzində verildiyi müəyyən edilib. Qurum bunu prosedur pozuntusu kimi qiymətləndirib.
Nəticədə 13 əməkdaşın əmək müqaviləsinə eyni gündə xitam verilib.
İşdən azad edilənlər arasında Sumqayıt şəhər 1, 2 və 3 nömrəli poliklinikaların baş həkimləri də var. Həmin tibb müəssisələrində çalışan katibələr də eyni səbəblə işdən çıxarılıb.
Telegram kanalımız