Sumqayıtın bir hissəsi susuz qaldı - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtın bir hissəsi susuz qaldı - SƏBƏB

Sosial

14 Fevral 2023 20:34 761


Magistral xətdə baş verən qəza Sumqayıtın bir hissəsini susuz qoyub.

Yenisabah.az xəbər verir ki, Ceyranbatan su anbarında Sumqayıt şəhərinə gələn 600 mm-lik magistral su xəttinin Yaşıldərə yaşayış massivindən keçən hissəsində qəza baş verib.

Qəza ilə əlaqədar Sumqayıt şəhərində 1-ci mikrorayonun bir hissəsi, 2, 4, 5, 6, 11, 12, 13, 17-ci mikrorayonlarda, 5, 9, 34 və 45-ci məhəllələrə verilən içməli suyun verilişi dayandırılıb. pizza

Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa ediləcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!