İngilis şair və yazıçı Uilyam Şekspirin “Henri VIII” əsərinin bir qisminin başqa yazıçı tərəfindən qələmə alındığı öz təsdiqini tapıb.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, çexiyalı araşdırmaçı Petr Plexaçın inkişaf etdirdiyi süni zəka sayəsində 400 ildən çoxdur ki, davam edən qalmaqala son qoyulub. Belə ki, süni zəka hətta əsərdəki ikinci yazarın Con Fletçer olduğunu da müəyyənləşdirib. Bəlli olub ki, C.Fletçer əsərin bəzi hissələrini tək, bəzilərini isə Şekspir ilə birlikdə yazıb.
1613-cü ildə işıq üzü görən “Henri VIII” Şekspirin ən sevilən əsərlərindəndir. Əsərin Şekspirə məxsus olmadığı ilə bağlı fikirlər vaxtaşırı olaraq gündəmə gəlirdi.
Sabrina Eldarqızı
Telegram kanalımız