Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın əsas küçələrindən birində hərəkət məhdudlaşdırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın əsas küçələrindən birində hərəkət məhdudlaşdırılacaq

Sosial

23 İyun 2026 22:55 215


Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsinin bir hissəsində təmir işləri aparılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

"Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsinin bir hissəsində (Albert Aqarunov küçəsindən Fətəli xan Xoyski küçəsinədək olan hissədə) 23 iyun saat 23:00-dan 25 iyun saat 23:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur" , - məlumatda qeyd olunub. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!